Azərbaycan Premyer Liqasının XXII turunda "Şamaxı" evdə "Sumqayıt"ı qəbul edib.
Yenisabah.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -1:0.
"Şamaxı"nın qələbə qolunu 60-cı dəqiqədə Brahim Konate vurub.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 22 xalla altıncıdır.
Qeyd edək ki, günün son matçı "Bank Respublika Arena"da "Sabah"la "Turan Tovuz" arasında baş tutacaq. Turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.
Telegram kanalımız