AZ

Türkiyə ordusu İraqda PKK-nın 11 üzvünü öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.

Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək./"report" 

Mili.Az

Seçilən
71
22
milli.az

10Mənbələr