AZ

"Atletiko" Premyer Liqadan bir hücumçu almaq istəyir

"Kristal Pelas"ın hücumçusu Jan-Filip Mateta karyerasını La Liqada davam etdirə bilər.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, Madridin “Atletiko”su 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Madrid klubunun baş məşqçisi Dieqo Simeone fransızı Antuan Qrizmannın potensial əvəzləyicisi kimi görür.

Bildirilir ki, “qartallar” forvardını hansı məbləğə satmağa hazır olduqlarına hələ qərar verməyib.

Bu mövsüm Mateta bütün turnirlərdə 28 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə edib. Fransız futbolçunun "Kristal Pelas"la hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.

Seçilən
58
90deqiqe.az

1Mənbələr