Misir fevralın 27-də Fələstin problemi ilə bağlı son hadisələri müzakirə etmək üçün fövqəladə ərəb sammitinə ev sahibliyi edəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada fevralın 27-də Qahirədə keçiriləcək sammitin Ərəb Liqasının Baş Katibliyi və sammitin hazırkı sədri Bəhreyn Krallığı ilə koordinasiyalı şəkildə keçiriləcəyi bildirilib.
Zirvənin keçirilməsi qərarının Misirin son günlər Fələstin də daxil olmaqla ərəb ölkələri ilə ən yüksək səviyyədə apardığı məsləhətləşmələr və görüşlərdən sonra Fələstin məsələsində yeni və ciddi hadisələrin müzakirəsi üçün zirvə toplantısı tələb etdiyi açıqlanıb.
Bəyanatda deyilir ki, sammit Fələstin problemi ilə bağlı son dərəcə mühüm və təxirəsalınmaz hadisələri müzakirə etmək imkanı verəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”