Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərindəİdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində sünisututarında 1 nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədarFHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə DövlətXidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb vəaidiyyəti üzrə təhvil verilib.