AZ

Uşaqlarımız niyə yatmır?

Uşaqların sağlam inkişafı üçün yuxu vacib amillərdən biridir. Yuxu zamanı bədə və beyin dincəlir, immun sistemi güclənir və yaddaş möhkəmlənir. Lakin bir çox valideynlər uşaqlarının yuxuya getməkdə çətinlik çəkdiyini, gecə tez-tez oyandığını və ya səhərlər yorğun olduğunu müşahidə edirlər. Bu tip yuxu problemləri uşaqların fiziki və psixoloji sağlamlığına mənfi təsir edə bilər.

Uşaqlarda yuxu problemləri müxtəlif formalarda özünü göstərə bilər: bəziləri uzun müddət yuxuya gedə bilmir, digərləri tez-tez oyanır və ya gecə kabuslar görür. Bəzi uşaqlar isə erkən yaşda yuxu zamanı qorxu kimi problemlər yaşayır. Bu hallar uşağın gündüz yorğun və əsəbi olmasına, diqqət və yaddaş problemlərinə, məktəbdə zəif nəticələr göstərməsinə səbəb ola bilər. Uzunmüddətli yuxu problemi isə immun sisteminin zəifləməsinə, böyümə hormonunun düzgün ifraz olunmamasına və hətta piylənmə riskinin artmasına gətirib çıxara bilər.
Seçilən
34
7
azpost.info

10Mənbələr