AZ

2000 illik yanmış perqament ilk dəfə oxunub

Bakı, TurkicWorld

Alimlər süni intellekt və rentgen görüntüləmə texnologiyalarından istifadə edərək, Herkulaneumda tapılmış və 2000 il oxunmaz qalan perqamentin şifrəsini açmağa nail olublar.

TurkicWorld xəbər verir ki , tədqiqatın nəticələrinə görə, 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kömürləşmiş perqamentlər çox kövrək olduğuna görə açmaq mümkün olmayıb.

Rentgen skanları və süni intellekt analizləri sayəsində isə mətnin məzmunu üzə çıxarılıb.

İlk təhlillərə görə, perqamentdə yunan hərfləri aydın görünür və mətn ehtimal ki, fəlsəfi mövzuya aiddir.

İngiltərədəki Diamond Light Source adlı laboratoriyada güclü rentgen şüaları ilə perqament heç bir zərər görmədən skan edilib.

Süni intellektin köməyi ilə mürəkkəbin izləri aşkar edilib və mətnin bərpası mümkün olub.

Papirus və mürəkkəbin hər ikisinin karbon əsaslı olması səbəbindən ənənəvi üsullarla onları fərqləndirmək çətin idi, lakin yeni metod uğurlu nəticələr verib.

Mütəxəssislər bütün perqamentin tam oxunması üzərində işləyir və tezliklə daha uzun mətnlərin də üzə çıxacağını gözləyirlər.

Seçilən
29
turkic.world

1Mənbələr