AZ

Trampdan Putinə 3 HƏDİYYƏ

“ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya lideri Vladimir Putinin xeyrinə ola biləcək bir sıra addımlar atıb. Xüsusilə, bu, Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalara aiddir.Tramp administrasiyası Putinə üç böyük qələbə qazandırdı. Haaqa məhkəməsi Putinin həbsinə order verdikdən sonra Tramp ICC-yə sanksiya tətbiq etdi".

“Cebheinfo.az” xəbər verir ki, bunu jurnalist Brendan Koul “Newsweek”-dəki məqaləsində yazır. 

Jurnalist ABŞ-nin Rusiyanın xeyrinə ikinci hərəkəti kimi xüsusi KleptoCapture qrupunu ləğv edən memorandumu göstərib. ABŞ-nin əvvəlki prezidenti Co Baydenin dövründə bu qrup Rusiya Federasiyası ilə əlaqəli şəxslərə qarşı sanksiyalarla məşğul olurdu.

Koul bildirib ki, son “hədiyyə” Vaşinqtonun Rusiyanın gizli təsir kampaniyalarına qarşı mübarizəsinin sonu olub. ABŞ-nin rəqibləri arasında Rusiyadan başqa, Çin də var idi, Tramp daha əvvəl “New York Post”-a müsahibəsində Putinə zəng etdiyini bildirmişdi. Telefon danışığında onların Ukraynadakı münaqişəni müzakirə etdiyi bildirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Rusiya başçıları arasında danışıq faktını nə təsdiq, nə də təkzib edib.

Seçilən
25
cebheinfo.az

1Mənbələr