AZ

''Fənərbaxça'' 4000-ci qolunu vurdu!

''Fənərbaxça'' superliqanın 23-cü turunda səfərdə ''Alanyaspor''la qarşılaşıb.

''Football-plus.az'' xəbər verir ki, qarşılaşmanın 22-ci dəqiqəsində fərqlənən Sebastyan Şimanski ''sarı-lacivərdlilər''i hesabda önə keçirib. Bu qol tarixi alınıb.

Belə ki, ''Fənər'' Türkiyə çempionatı çərçivəsində yubiley - 4000-ci qolunu vurub və turnirin tarixində 4000 qol həddinə çatan ilk kollektiv olub! İstanbul nəhəngi bu qol sayına 2218-ci oyunda çatıb.

Maraq üçün bildirək ki, ''Fənər''in Türkiyə çempionatında 1-ci qolunu Ərgün Öztuna, 1000-ci qolunu Erol Toqay, 2000-ci qolunu Uçe Okeçukvu, 3000-cü qolunu isə Aleks de Souza vurub.

Turnirin tarixində qol sayı baxımından ikinci pillədə ''Qalatasaray'' qərarlaşıb. ''Cim-Bom 2217 oyuna 3952 qol vurub.

ƏLİ

Seçilən
47
football-plus.az

1Mənbələr