AZ

Baltikyanı ölkələr Avropanın elektrik şəbəkəsinə qoşulur

…Litva, Latviya və Estoniya Belarus, Rusiya, Estoniya, Litva və Latviya (BRELL) sistemindən çıxdıqdan sonra Avropanın elektrik şəbəkəsinə qoşuldular.

SİA-nın məlumatına görə, bunu Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.

O, vurğulayıb ki, Baltikyanı ölkələr “bunu bacarıb” və Avropanın elektrik şəbəkəsi sisteminin bir hissəsinə çevriliblər.

Fevralın 9-da günortadan sonra bildirilib ki, Baltikyanı ölkələrin elektrik şəbəkələrinin avtonom işləməsinin sınaqdan keçirilməsi onların Litva və Polşa vasitəsilə Avropa İttifaqı ilə sinxronizasiyaya hazır olduğunu göstərir.

Bundan əvvəl məlum olub ki, Litva, Latviya və Estoniya vahid BRELL halqasından çıxdıqdan sonra Belarusun enerji sistemi stabil işləyir.

Qeyd edək ki, Baltikyanı ölkələr BRELL vahid enerji sisteminin bir hissəsi idi və 2023-cü ilin iyulunda onu tərk etməyə razılaşdılar.

Polşadan keçən elektrik şəbəkələrinin Avropa İttifaqı şəbəkəsi ilə sinxron işləməyə daxil edilməsi fevralın 9-na planlaşdırılır. BRELL-dən ayrıldıqdan sonra Litva, Latviya və Estoniya 24 saat ərzində təcrid olunmuş rejimdə işləyəcək, bundan sonra heç bir problem olmadığı təqdirdə Avropaya qoşulacaqlar.

Əli Babayev

Seçilən
26
13
sia.az

10Mənbələr