Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən cari ilin yanvar ayı arzində müxtəlif ölkələrin 37 vətəndaşı ölkədən çıxarılıb.
24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ölkədən çıxarılma proseduru çərçivəsində bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə Miqrasiya Departamenti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Gürcüstandan məcburi şəkildə çıxarılıb.
Müvafiq qanunvericiliyə əsasən, yanvar ayında Moldova, Misir, Ermənistan, Rusiya, İraq, İran, Türkiyə, Pakistan, Türkmənistan, Hindistan, Banqladeş və Nigeriyadan ümumilikdə 37 vətəndaş ölkədən çıxarılıb.