AZ

Azərbaycanın ən güclü yeniyetmə boksçuları bəlli oldu

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Fanat.Az xəbər verir ki, yarışda 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb. 

Altı gün davam edən turnirin son günündə oğlanlar arasında 14, qızlarda 7 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil edilən yarışda bu gün final görüşləri keçirilib və ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 4 qızıl və 2 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Qızıl əlcək” İK (3-0-1) yiyələndiyi halda, “üçlüy”ü Naxçıvan MR (2-0-0) qapayıb.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Yeniyetmələr arasında Azərbaycan birinciliyi
Bütün mükafatçılar

Oğlanlar
44 kq
1. Qardaş Rəhimov (Masallı)
2. Həsən Səhrədli (“Təhsil” RİM)
3. Həsrət Məmmədov (Gəncə)
3. Tunar Seyidməmmədov (Gəncə)

46 kq
1. Əli Əliyev (Gəncə)
2. Rüstəm Nəsibov (DİN İC)
3. Fərid Quliyev (Masallı)
3. Rəvan Ələsgərli (Cəlilabad)

48 kq
1. Ayxan Həsənov (“Neftçi” İK)
2. Ramiz Ağadadaşov (“Təhsil” RİM)
3. Hüseyn Quliyev (Sumqayıt)
3. Xəyal İbrahimov (“Uğur” İK)

50 kq
1. Məhəmməd Rəsulov (Sumqayıt)
2. Oğuz Həsənov (“Təhsil” RİM)
3. Şahin Mustafayev (Gəncə)
3. Məhmmədəli Kərimli (NMH)

52 kq
1. Əli Camalzadə (“Neftçi” İK)
2. Sadiq Musayev (“Berzloy” İK)
3. Tunar Mehdiyev (Gəncə)
3. İmran Axundov (“Təhsil” RİM)

54 kq
1. Raul Heydərli (“Firuz” İK)
2. Əflatun İsmiyev (“Təhsil” RİM)
3. Hüseyn Acalov (“Təhsil” RİM)
3. Tunar Məmmədov (Gəncə)

57 kq
1. Toğrul Quliyev (“Qızıl əlcək”)
2. Yusif Həsənli (DİN İC)
3. Yusif Bəylərov (Siyəzən)
3. Dəniz Mirağayev (“Təhsil” RİM)

60 kq
1. Şahin Aslanov (“Təhsil” RİM)
2. Təşkilat Quliyev (“Təhsil” RİM)
3. Nihat Ağayev (“Neftçi” İK)
3. Ömər Abdullazadə (“Qızıl əlcək” İK)

63 kq
1. Haqverdi Həsənov (Naxçıvan MR)
2. Seyidəmir Quliyev (“Təhsil” RİM)
3. Elmir Niftəliyev (Hacıqabul)
3. Elgün Abbaslı (“Neftçi” İK)

66 kq
1. Dəniz Zeynalov (“Qızıl əlcək” İK)
2. Əli Əlizadə (İmişli)
3. Zəkəriyyə Rəhimov (“Təhsil” RİM)
3. Rəvan Qəribov (Gəncə)

70 kq
1. Adil Zalov (“Qızıl əlcək” İK)
2. Şükür Əliyev (Sumqayıt)
3. Cavad Səlimov (“Təhsil” RİM)
3. Coşqun Muradov (Lənkəran)

75 kq
1. Turqay Abbasov (Naxçıvan MR)
2. Hüseyn Vahabov (“Abşeron” BK)
3. Səhəddin Həsənli (Gəncə)
3. Əli Məmmədli (UGM-7)

80 kq
1. İsmayıl Vəliyev (“Neftçi” İK)
2. Elvin Əhmədli (Ağsu)
3. Əli Səmədzadə (Sumqayıt)
3. Nicat İmanov (“Təhsil” RİM)

+80 kq
1. Səftər Məmmədzadə (“Neftçi” İK)
2. İbrahim Nağıyev (Gəncə)
3. Arzu Rzayev (“Abşeron” BK)
Azad Hüseynov (Sumqayıt)

Qızlar
46 kq
1. Nurgül Ocaqova (İmişli)
2. Səbinə Səmədzadə (Astara)
3. Zarina Vəlizadə (888 İK)

48 kq
1. Gülər Hüseynova (UGİM-1)
2. Aylin Nəzərova (“Neftçi” İK)
3. Ayan Novruzlu (RMİK)

50 kq
1. Əminə Tağı (DİN İC)
2. Sima İsmayılova (888 İK)
3. Aysu Əlirzayeva (888 İK)

52 kq
1. Cəmilə Muradlı (Sumqayıt)
2. Zəhra Məmmədova (Knockout)
3. Zəhra Səlimzadə (“Abşeron” BK)

57 kq
1. Mirruqiyyə Azərpur (Sumqayıt)
2. Səma Hüseynova (“Neftçi” İK)

60 kq
1. Fidan Babarova (Sumqayıt)
2. Aynur İsmayılova (Sumqayıt)
3. Zəhra İmanova (Ağstafa)

70 kq
1. Səma Abbasova (Sumqayıt)
2. Qızbəs Yusubova (DİN İC)
3. Nuray Əliməmmədova (Şabran)

Seçilən
3
11
fanat.az

10Mənbələr