AZ

Türkiyə ordusu İraqda PKK-nın 11 üzvünü öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.


Referans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.


Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.


Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.


Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək./"report" 

Seçilən
126
22
referans.az

10Mənbələr