AZ

Hospitalda müalicə alan professor evə buraxıldı

Bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə olunan tanınmış filosof-kulturoloq, professor Niyazi Mehdi evə buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, N.Mehdi fevralın 8-də evə köçürülüb. Hazırda onun durumu ağır olaraq qalır. Onun ürəyində ciddi problemlər var. Eyni zamanda, şəkər xəstəliyi ilə əlaqədar bir ayağının baş barmağı kəsilib.

"Dünən xəstəxanasından çıxarıblar, axşam evinə gətiriblər. Müasir fəlsəfi fikrin ən qabaqcıl imzalarından biridir. 20-dən çox kitabı nəşr edilib, yüzlərlə elmi yazısı var. Çoxlu tələbə yetişdirib, saysız hesabsız dostlar qazanıb. Bu gün o, biçarə durumda evində oğlanlarının himayəsinə sığınıb",- N.Mehdinin dostu, naşir Şahbaz Xuduoğlu bildirib.

Seçilən
28
13
publika.az

10Mənbələr