“Zaur, səni təbrik edirəm. 50 yaşın mübarək olsun”.
Medianews.az titul.az-a istinadən xəbər verir ki, bunu Xatirə İslam “Həmin Zaur” verlişində aparıcıya bildirib.Zaur Xatirənin bu sözlərinə “50 nədir?!” deyə reaksiya verib.
Xatirə “Hə, vallah 50-dir. Sözün düzü, mən inanmırdım, amma… Mən çıqqılı uşaq idim, sən radioda aparıcı idin. Amma onu da deyim ki, o yaşı sənə vermək olmur. Çox gözəl görünürsən, xarizma dağıdır da yəni”, – sözləri ilə aparıcının uzun illərdir hər kəsdən gizlətdiyi gerçək yaşını efirdə açıqlamış olub.
Zaur xoş sözləri üçün Xatirəyə təşəkkürünü bildirib.