AZ

Aİ-ABŞ münasibətlərində qeyri-müəyyənlik yaranıb -Ursula fon der Lyayen belə deyib

Avropa İttifaqı (Aİ) ABŞ-la münasibətlərdə potensial problemlərə hazırdır və qeyri-müəyyənliyin artdığı şəraitdə konstruktiv dialoq aparmaq istəyir.

İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Litvada keçirdiyi mətbuat konfransında deyib.

"Bizim çoxdankı müttəfiqimiz ABŞ yeni gündəm müəyyən edib. Avropa artan qeyri-müəyyənlik şəraitində ABŞ ilə möhkəm, lakin konstruktiv dialoqa hazırdır. Biz potensial çağırışlardan xəbərdarıq və buna hazırıq", - AK rəhbəri bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
7
1
ikisahil.az

2Mənbələr