AZ

Ançelotti “Mançester Siti”yə qarşı bu oyun planını tətbiq edəcək

“Real”ın baş məqşisi Karlo Ançelotti Çempionlar Liqasının ələmə mərhələsində “Mançester Siti”yə qarşı tətbiq edəcəyi oyun planını açıqlayıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəssis İspaniya La Liqasının 23-cü turu çərçivəsində qarşılaşdıqları Madrid “Atletiko”su ilə ev oyununda (1:1) yararlandığı taktiki həlli tətbiq etmək niyyətindədir:

“Mançester Siti”yə qarşı oyun üçün planım? Güman edirəm ki, bugünkü sxem uyğundur. Biz dörd oyunçudan ibarət iki xətt təşkil etdik və bu, olduqca yaxşı işlədi. Penaltidən başqa, qapımızın qarşısında hər hansı bir təhdid olduğunu xatırlaya bilmirəm”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, “Real” UEFA Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” ilə qarşılaşacaq. Madrid təmsilçisi bu rəqibə qarşı ilk oyununu fevral ayının 11-də səfərdə keçirəcək. Cavab oyunu isə fevral ayının 19-da Madriddə baş tutacaq.

Seçilən
50
arena.az

1Mənbələr