"PEYK ZAVODU" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergiyə külli miqdarda borcu yaranıb.
Musavat.com xəbər verir ki, bu borc 19 milyon manatı ötüb.
Çoxlaylı çap lövhələri istehsal edən zavod 1993-cü ildə tikilib. 1993-2005-ci illər ərzində zavod Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub.
2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.