AZ

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib (VİDEO)

Bakı. Trend:

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələnƏliyev Asiman Vaqif oğlu və İsmayılzadə Zaur Nizami oğlununxatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Bu barədə Trend-əMüdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri,yaxınları, kursant yoldaşları, döyüş yoldaşları və digər qonaqlarıniştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri HeydərƏliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyiuğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzərsalıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrindətəhsil aldıqları müddətdə hərb peşəsinə olan marağından,nizam-intizamından və məsuliyyətindən danışıblar.

Mərasimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi iləOrdumuzun apardığı uğurlu döyüş əməliyyatlarından, qazanılan tarixiqələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igidoğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindənsöz açıblar.

Sonra şəhidlərimizin həyat və fəaliyyətinin müxtəlif anlarınıəks etdirən fotolar və videosüjetlər nümayiş etdirilib.

Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət vəqayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğunagörə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vəMüdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarınıbildiriblər.

Anım mərasimlərində şəhidlərimizin xatirəsinə həsr olunmuşşeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilərsəsləndirilib.

Seçilən
20
17
az.trend.az

10Mənbələr