AZ

Baltikyanı ölkələr Avropa elektrik şəbəkəsinə qoşulub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Estoniya, Latviya və Litva Rusiya-Belarus BRELL enerji sistemindən ayrıldıqdan sonra elektrik sistemlərini Avropa ilə sinxronlaşdırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
"Latviya, Estoniya və Litva indi Avropanın elektrik şəbəkəsi sisteminin bir hissəsidir", - Latviya Prezidenti Edqars Rinkeviç "X" sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, fevralın 8-də Litva, Latviya və Estoniya öz enerji sistemlərini Rusiyanın rəhbərlik etdiyi BRELL (Belarus-Rusiya-Estoniya-Latviya-Litva) elektrik şəbəkəsindən ayırıb və bir gündən çox təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərib. Həmin dövrdə Baltikyanı ölkələrin enerji sistemi digər tezlik zonalarına qoşulmadan işləyib və elektrik enerjisi istehlakı yerli elektrik stansiyaları, eləcə də Estoniya-Finlandiya və Litva-İsveç birgə stansiyaları hesabına təmin edilib.
Seçilən
12
13
oxu.az

10Mənbələr