AZ

Premyer Liqa: “Sabah”dan əzmkar qələbə

Azərbaycan Premyer Liqasının XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub.

Msport.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərindən Pavol Şafranko (50-penalti) və Cesse Sekidika (59) fərqlənib. “Turan Tovuz”un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.

Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə 4-cüdür.

Qeyd edək ki, XXII turun bu gün keçirilən “Şamaxı” – “Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb – 1:0.

Seçilən
3
16
msport.az

10Mənbələr