AZ

İtən təyyarənin qalıqları tapıldı: 10 ölü

Alyaska üzərində radarlardan itən “Bering Air” təyyarəsində olan 10 nəfərin hamısı həlak olub.

Təyyarə ABŞ Sahil Mühafizəsi tərəfindən aşkar edilib.

Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Unalaklitdən Noma uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.

Təyyarənin qalıqları Nom şəhərindən 34 mil (54,7 km) cənub-şərqdə aşkar edilib.

Qeyd edək ki, bu, iki həftədən az müddətdə ABŞ-da baş verən artıq üçüncü ciddi aviaqəzadır.

Seçilən
14
3
infoaz.ws

4Mənbələr