Qəzza zolağında ölənlərin sayı 48 189 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Məlumatda bildirilib ki, Qəzza sektorunda dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb.
Son 24 saatda xəstəxanalara 2 yaralı çatdırılıb. Bununla da yaralananların sayı 111 640 nəfərə çatıb.