ABŞ prezidenti Donald Tramp keçmiş dövlət katibi Entoni Blinken və Cozef Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivana verilən təhlükəsizlik icazələrini ləğv edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Reuters” Ağ Evdəki adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Tramp bir gün əvvəl sələfi Baydenə də eyni şeyi edəcəyini və onu gündəlik kəşfiyyat brifinqlərindən uzaqlaşdıracağını söyləyib.
Mənbələr fevralın 8-də bildiriblər ki, Tramp həmçinin 6 yanvar 2021-ci ildə Kapitoliyada baş verən hadisələrə Ədliyyə Nazirliyinin reaksiyasının koordinasiyasında iştirak etmiş baş prokurorun keçmiş müavini Liza Monakonun, eləcə də Trampı təqib edən prokurorların icazəsini ləğv edib.
…Girişin ləğvi dərhal təsir göstərməsə də, bu, Vaşinqtonda bölünmənin başqa bir əlamətidir. Məqalədə deyilir ki, ABŞ-ın keçmiş prezidentləri ənənəvi olaraq vəzifədə olan prezidentlərə milli təhlükəsizlik və xarici siyasətlə bağlı məsləhətlər vermək üçün kəşfiyyat brifinqləri alırlar.
…Bayden 2021-ci ildə Trump-ın icazəsini ləğv etmişdi.
Əli Babayev