AZ

“Mən artıq yoruldum deməkdən ki, Batistanı tuturlar…” – Kurban Berdıyev

"Turan Tovuz” Misli premyer-liqasının 22-ci turunda səfərdə “Sabah”a məğlub oldu - 2:1.

“Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında fikirlərini bölüşüb.

- İkinci hissənin ilk 15 dəqiqəsində özümüzə gələ bilmədik. Sonradan qapımızda qollar gördük. Sonda nəyisə düzəltmək çətin idi.

- Ayxan Hüseynovla Xəyal Nəcəfovu daha əvvəl meydana buraxmaq olardımı?
- Ola bilərdi. Başqa şeylər də düşünürdük. Belə alındı.

- “Sabah” sizi nədə üstələdi?
- Fərdi mübarizələrdə uduzduq. İkinci qolu vuranda da hakimlə uzun mübahisə oldu. Rəhimin butsu çıxmışdı. Hakim oyunu dayandırmadı.

- Hakim idarəçiliyindən razı qaldızmı?
- Mən nəsə deyəcəm və dəyişəcəksə, bu başqa məsələ. Mən artıq yoruldum deməkdən ki, Batistanı tuturlar, amma hakim oyunu dayandırmır.

ƏSƏD SEYİDOV

Seçilən
29
football-plus.az

1Mənbələr