AZ

AÇ-2025: Basketbol millimiz son turda da məğlub oldu

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində sonuncu oyununu keçirib.

Arena.az xəbər ki, millimiz bu dəfə Polşa yığması ilə qarşılaşıb

Bakıda baş tutan görüşdə rəqib komanda favorit olduğunu sübuta yetirib. Qrupda keçirdiyi ilk 5 oyunda uduzan Evren Alkayanın komandası bu görüşdə də sürprizə imza ata bilməyib. Millimiz yekunda 34:88 hesabı ilə uduzub.

Yığmamız bu mərhələdə 5-ci dəfə 50 və daha artıq fərqlə uduzub. Bu dəfə komandamız 54 xallıq fərqə üzülüb. Bu seçmə mərhələdə antirekord məhz millimizə məxsusdur. Komandamız Belçika yığmasına Bakıdakı görüşdə 108 xallıq fərqlə məğlub olmuşdu.

Qeyd edək ki, 6 oyunun hamısında uduzan basketbol yığmamız seçmə mərhələni sonuncu pillədə başa vurub. Son turda Litvaya 70:69 hesabıyla qalib gəlmiş Belçika yığması isə qrup qalibi kimi AÇ-yə vəsiqə qazanıb.

AÇ-2025-in seçmə mərhələsi
C qrupu, 6-cı tur
9 fevral

Azərbaycan – Polşa 34:88 (2:18, 13:21, 11:32, 8:17)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Xallar: Belçika – 11. Litva – 10. Polşa – 9. Azərbaycan – 6.

Seçilən
62
arena.az

1Mənbələr