AZ

"Birinci hissədə çəkinərək oynadıq" - Berezutski

style='margin-bottom:10px;'>

"Uzun müddətdən sonra qalib gəldiyimizə görə şadam. Çoxlu sayda qol epizodları yaratdıq və onların ikisindən fərqlənərək qələbə qazanmağımız da gözəl hisslərdir".

QOL.az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 22-ci turunda "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 

O, jurnalistlərin suallarını cavablandırıb.

- Fasilədən sonra iki qol vuraraq qalib gəldiniz. Birinci hissədən sonra nəyi dəyişdiniz?

- Uşaqlarla paltardəyişmə otağında sakitləşdirici söhbətimiz oldu. Müdafiədə olan çatışmazlıqlar barədə danışdıq. Birinci hissədə hardasa çəkinərək oynadıq. Amma ikinci hissədəki oyunumuzdan razı qaldım.

- Razısınız ki, yarımmüdafiənin orta xəttini hələ də düzəldə bilməmisiniz?

- Bu, həmişə bəzi kadr məsələləri ilə bağlı olur. Mikro zədəlilər də olur. Müəyyən dəyişikliyə də getməli oluruq. Ancaq qarşıdakı həftədən etibarən bütün futbolçular sıraya qayıdacaqlar. Bu da bizə müəyyən stabillik yaratmağa kömək edəcək. İvan Lepinitsanı da təbrik edirəm. Uzun müddətdən sonra sıraya qayıtdı, start heyətində yer aldı. Onun qayıdışı orta xəttimiz üçün daha da faydalı olacaq. 

Seçilən
66
4
teleqraf.com

6Mənbələr