![74 yaşlı kardiologiya professorundan məsləhət:](https://e-saglam.az/storage/news/middle/images/2025/2/qida-axsam-yemeyi.webp)
74 yaşlı kardioloq Dr. Alan Rozanski axşam yeməyində bəzi qidalardan qaçınmağın ürək sağlamlığı üçün vacib olduğunu vurğulayıb.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, o, xüsusilə işlənmiş ət məhsullarının yüksək miqdarda natrium, nitrat və nitrit ehtiva etdiyini və bunun infarkt riskini artırdığını bildirib. Sağlam qidalanmanın əsasının üzvi və mövsümi qidalardan ibarət olduğunu qeyd edib:
Axşam yeməyində yağsız zülallar, kompleks karbohidratlar və liflə zəngin tərəvəzlərə üstünlük verilməlidir. Qızardılmış toyuq, balıq, mərcimək və tofu əzələ təmirini dəstəkləyir və toxluq hissi yaradır.
Kinoa, qəhvəyi düyü və şirin kartof qan şəkərini balanslaşdırır. İspanaq, brokoli və bolqar bibəri həzmə kömək edir və ürək sağlamlığını qoruyur. Sağlam yağlar olan avokado, zeytun yağı və qoz-fındıq ürək və beyin funksiyası üçün faydalıdır. Bitki çayları və su həzmi asanlaşdırır və keyfiyyətli yuxuya kömək edir.
Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün balanslı qidalanma və nizamlı idmanın vacib olduğunu vurğulayırlar.
Tərcümə: Könül Oruc