Bakı. Trend:
Amerikalı milyarder İlon Mask ABŞ-nin “Radio Free Europe” və“Voice of America” radiostansiyalarını bağlamağa çağırıb.
Trend xəbər verir ki, buhaqda “X” hesabında yazan Mask bu radiostansiyalara heç kim qulaqasmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollarxərcləndiyini deyib.
"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropaindi azaddır. Artıq heç kim onlara qulaq asmır", - deyə obildirib.
Onun fikrincə, bu radiostansiyaları öz-özünə danışan, radikalsolçular idarə edir.