“Sabah” Misli premyer-liqasının 22-ci turunda “Turan Tovuz”u məğlub etdi - 2:1.
“Football-plus.az” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Vasili Berezutski oyundan sonra jurnalistlərin suallarını cavablayıb.
- Uzun müddətdən sonra qalib gəlmək xoşbəxtedici hissdi.
- Qolları ikinci hissədə vurduz. Fasilədə nəyi dəyişdiz?
- Demək olar ki, çox sakitləşdirici danışıq oldu. Müdafiədə çatışmazlıqlar barədə danışdıq. İlk hissədə bir qədər çəkingən oynasaq da, ikinci yarıda bunu düzəltdik.
- Hələ də komandanın yarımmüdafiə xəttində olan problemi düzəldə bilmədiyinizlə razısızmı?
- Kadr məsələləri ilə bağlıdı. Müəyyən dəyişikliklərə getməli oluruq. Gələn həftədən bütün futbolçular sıraya qayıdacaq. Bu gün İvan Lepinitsanı təbrik etmək istəyirəm. O da uzun müddətdən sonra meydana qayıtdı. Qayıdışı orta xətdə faydalı olacaq.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta