AZ

Niyə istifadəçilər “Windows 11”dən yayınırlar? – Səbəblər


2025-ci ilin yanvarına “Windows 10”un bazardakı payı 60,33% təşkil edir, “Windows 11” isə istifadəçilərin yalnız 36,65%-i tərəfindən istifadə olunur, baxmayaraq ki, “Windows 11” təxminən 4 il əvvəl buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “StatCounter” portalı məlumat yayıb.
“The Register” isə bunun səbəblərini araşdırıb.

1. Daha sərt sistem tələbləri ilə bağlı problemlər
“Microsoft” 2021-ci ildə “Windows 11”i təqdim edəndə daha sərt sistem tələbləri qoydu. Şirkət bu addımı təhlükəsizliyin artırılması və ümumi sistem performansının yaxşılaşdırılması zərurəti ilə izah edir, lakin bu cür məhdudiyyətlər köhnə versiya olan “Windows 10”da xeyli sayda istifadəçinin qalmasına səbəb olub.

 2. İstifadəçilər üçün əhəmiyyətli faydaların olmaması
İstifadəçilərin əməliyyat sistemini “Windows 11”ə yüksəltməyə tələsməmələrinin əsas səbəblərindən biri onları adi sistemdən imtina etməyə vadar edə biləcək əhəmiyyətli üstünlüklərin olmamasıdır. “Windows 11”də təqdim edilən bir çox funksiya artıq “Windows 10”da mövcud idi və bu, yeniləməni əksər istifadəçilər üçün daha az cəlbedici edir.

3. Korporativ sektor “Windows 10”da qalır
Bu problem xüsusilə yeni versiyaya yüksəltməyə ehtiyac görməyən korporativ istifadəçilər üçün aktualdır, onlar üçün “Windows 10” kifayət qədər təhlükəsiz və sabit qalır və “Windows 11”ə keçid məhsuldarlıq və funksionallıq baxımından əhəmiyyətli üstünlüklər gətirmir.

Yeganə stimul: təhlükəsizlik yeniləmələri
Seçilən
25
yeniavaz.com

1Mənbələr