"Real"ın futbolçusu Lukas Vaskes sıradan çıxıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı müdafiəçi UEFA Çempionlar Liqasının 1/16 finalında "Mançester Siti"yə qarşı matçı buraxmalı olacaq. O, La Liqanın 23-cü turunda dünən keçirilən "Atletiko"ya qarşı görüşdə (1:1) sıradan çıxıb. 33 yaşlı futbolçu oyuna əsas heyətdə çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Lukas Vaskes bu mövsüm "Real"ın heyətində 30 matça çıxaraq 2 qol vurub və 5 qolun ötürməsini edib.
"Mançester Siti" - "Real" matçı fevralın 12-i, Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.