AZ

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə qalib gəlib

Bakı, 9 fevral, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında XXIII turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, günün əsas qarşılaşmasında “Fənərbağça” səfərdə “Alanyaspor”u 2:0 hesabı ilə üstələyib.

Daha əvvəl keçirilən görüşdə “Kasımpaşa” “Rizespor”u məğlub edib - 3:2.

Bu gün, həmçinin “Qalatasaray” “Adana Demirspor”u, “Antalyaspor” “Başakşehir”i sınağa çəkəcək.

Seçilən
9
2
azertag.az

3Mənbələr