AZ

Elan saytlarında kirayə ev axtararkən nələrə diqqət etmək lazımdır? VİDEO

Elan saytlarından kirayə mənzil axtaran bir neçə vətəndaş dələduzların toruna düşüb.

"Xəzər Xəbər"in votsap nömrəsinə yazan vətəndaş bildirib ki, bəyəndiyi evi kirayələmək üçün əlaqə saxladıqda ondan beh tələb edilib. O da əlaqə saxladığı şəxsin kart hesabına pul göndərib. Bir müddət sonra isə dələduzluq qurbanı olduğunu anlayıb.

Oxşar hadisə bizə müraciət edən digər vətəndaşın başına da gəlib. O isə beh olaraq 250 manat göndərib və sonu eyni olub.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev "Xəzər Xəbərə"ə bildirdi ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq vətəndaşlar hələ də beh dələduzluğunun qurbanı olurlar.

Nurlan Əliyev onu da əlavə etdi ki, dələduzlar bəzən vətəndaşı inandırmaq üçün şəxsiyyət vəsiqəsinin şəkilini göndərir. Lakin bu vəsiqə də ona yox, onun əvvəlki qurbanına məxsus olur. Bu səbəbdən vətəndaşlar diqqətli olmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
49
xezerxeber.az

1Mənbələr