AZ

"Liverpul" çempionatın ən sonuncu komandasına uduzdu

İngiltərə kubokunun 4-cü mərhələsində "Plimut" öz meydanında "Liverpul"u 1:0 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, Rayan Hardi 53-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. “Plimut”un beşinci turdakı rəqibi daha sonra müəyyənləşəcək.

Plimut İngiltərənin ikinci ən güclü divizionu olan Çempionşipdə sonuncu yerdədir.
30 oyundan sonra komanda 25 xal toplayıb. 
"Plimut"un İngiltərə Kubokunda ən yaxşı nəticəsi 1983-84 mövsümündə müsabiqənin yarımfinalına yüksəlməsi oldu.

İngiltərə Premyer Liqasının turnir cədvəlinə 23 oyundan sonra 56 xalla "Liverpul" başçılıq edir.

Seçilən
11
ucnoqta.az

1Mənbələr