Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “Pikap” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir neçə nəfər yaralanıb.
Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda baş verən qəzada ölən və yaralananların kimliyi bəlli olub.
Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü, Səfikürd kənd sakini 2003-cü il təvəllüdlü Məmməd Bayramov ölüb. Həmin maşında olan digər sərnişinlər Səfikürd kənd sakinləri 2001-ci il təvəllüdlü Allahverdiyev Mehman, həmyaşıdı Babayev Uğur və Allahyarov Məftun müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“Pikap” markalı avtomobildə olan Hüseynzadə Vahid və sərnişinlər 1980-ci il təvəllüdlü Hacıbabayev Samir, 1971-ci il təvəllüdlü Qasımova Zəminə müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib. Onların vəziyyəti orta-ağırdır.
Yunis Quliyev