AZ

Goranboyda qəzaya düşənlərin kimliyi bilindi - Foto + Yenilənib

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Pikap” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir neçə nəfər yaralanıb. 

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

Faktla bağlı araşdırma aparılır.

***

Goranboyda baş verən qəzada ölən və yaralananların kimliyi bəlli olub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü, Səfikürd kənd sakini 2003-cü il təvəllüdlü Məmməd Bayramov ölüb. Həmin maşında olan digər sərnişinlər Səfikürd kənd sakinləri  2001-ci il təvəllüdlü Allahverdiyev Mehman, həmyaşıdı Babayev Uğur və Allahyarov Məftun müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

“Pikap” markalı avtomobildə olan Hüseynzadə Vahid və  sərnişinlər 1980-ci il təvəllüdlü Hacıbabayev Samir, 1971-ci il təvəllüdlü Qasımova Zəminə müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Yunis Quliyev


Seçilən
30
qafqazinfo.az

1Mənbələr