AZ

Yasamal rayonunda istilik PROBLEMİ - Məsələ necə həll ediləcək? VİDEO

Borclu sakinlərə görə bocu olmayan abonenetlərin də istiliklə təhcizatı dayandırlıb.

Xezerxeber.az xəbər verir ki, paytaxtın Yasamal rayonu Əsəd Əhmədov 36 ünvanında yaşayan sakinlər bildirirlər ki, düz iki aydır mənzillərinə istilik verilmir. Əvvəlki illərdə fasilələrlə verilən istilik bu il yalnız mövsümün əvvəlində cəmi bir neçə gün olub.

Bina sakinlərinin sözlərinə görə, dəfələrlə aidiyyəti üzrə həm yazılı, həm də şifahi müraciət ediblər. Amma vəziyyət dəyişməyib.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-yə müraciət etdik. Cəmiyyətin mətbuat katibi Elvin Basqallı "Xəzər Xəbər"ə bildirdi ki, bina sakinlərinin sözügedən quruma 11 min manat borcu var.

Qurumdan bildirildi ki, abonentlərin borcu ödənildiyi tədqirdə bina istiliklə təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
70
2
xezerxeber.az

3Mənbələr