AZ

Hakimlərin Seçki Prosesi Şəffaflıq və Obyektivlik əsasında davam edir - ƏLİMƏMMƏD NURİYEV

"Bu gün, 9 fevral 2025-ci il, Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda hakim vəzifəsinə namizədlər üçün yazılı imtahan keçirildi. Məhkəmə-Hüquq Şurasının nəzdində fəaliyyət göstərən Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil olunan imtahan mütləq şəffaflıq və obyektiv meyarlar əsasında baş tutdu."

 

Bu fikirləri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev  QHT.az-a açıqlayıb.

Əliməmməd Nuriyev bildirib ki, 207 namizəd test mərhələsini uğurla keçərək yazılı imtahanda iştirak edib.

"İmtahan sualları cinayət və mülki hüquq sahələrində kazus xarakterli olub və namizədlər təsadüfi seçim əsasında cavablandırıblar. Namizədlər yalnız qanunun məzmununu bilməklə kifayətlənməyib, onun izahını və tətbiqini əsaslandırmaq bacarıqlarını nümayiş etdiriblər.
  İmtahan nəticələri anonimləşdirilmiş cavab vərəqlərinin ikiqat yoxlanması üsulu ilə qiymətləndiriləcək və yaxın günlərdə elan olunacaq.
 İmtahan prosesində Vətəndaş cəmiyyəti təşkilatlarıni nümayəndələri olara prosesi müşahidə edərkən imtahanların  şəffaf keçdiyini, hakimliyə namizədlərin bilik və bacarıqlarını təmin edilməsi üçün müvafiq şəraitin tam yaradıldıgını və imtahanın gedişində  hər hansı qanun pozuntulara yol veilmədiyini qeyd etmək istərdim. "

Seçilən
15
qht.az

1Mənbələr