AZ

Trampın müşaviri Pentaqonun büdcəsi və xərclərinin çoxluğundan danışıb

Pentaqonun 800 milyard dollarlıq büdcəsi səmərəsiz istifadə olunur və onun xərcləri həddindən artıq çoxdur.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts NBC telekanalına müsahibəsi zamanı deyib.

"800 milyard dollardan çox büdcə ilə Müdafiə Nazirliyinə çox vəsait xərclənir. Çox uzun çəkir və əsgərlərə çox az fayda verir", - o bildirib.

Uolts adi bir mağazada 100 dollara başa gələn sadə bir çantanın ABŞ Hərbi Hava Qüvvələri üçün 90.000 dollara başa gəldiyini deyib.

Onun sözlərinə görə, vəsaitin kiçik bir hissəsi ehtiyacı olan şeylərə çatır, qalanı isə müxtəlif səviyyəli podratçılarda itirilir.

Seçilən
13
apa.az

1Mənbələr