AZ

Qar bölgələrdə kəndlərə gedən yolları bağladı VİDEO

Bir neçə gündür ki, Yardımlı  rayonuna qar yağır. Qar daha çox rayonun ucqar dağ kəndləri olan Alar, Şıxhüseynli və Arvana kəndlərinə yağıb.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirir ki, bu kəndlərdə qarın hündürlüyü 1, metrə çatıb. Qarın yağması bir sıra problemi də özü ilə gətirib. Kəndə gedən yol bağlanıb. Sakinlər görüntüləri və müsahibələrini özləri telefonla çəkərək Xəzər Xəbərə göndəriblər.

Dəniz səviyyəsdinən 2493 metr hündürlükdə olan Alar kəndinin yolunun açılması ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyətinin gördüyü işləri öyrənmək məqsədilə qurumun başçısının müavinləri ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı. Yardımlı rayonunun Alar kənd bələdiyyəsinin sədri Alımirzə Sabiroğlu isə  bildirdi ki, bu gün günün ikinci yarısında kəndə texnika göndərilib və yol qardan təmizlənərək açılıb.

Ötən gündən Lerikə yağan qarın hündürlüyü isə 62 sm-ə qədər çatıb. Qarın ən çox yağdığı yerlərdən biri rayonun Çayrud kəndidir.

"Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən karlardan görünür ki, kənd ərazisində texnika qarın təmizlənməsində çətinlik çəkir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
14
7
xezerxeber.az

8Mənbələr