AZ

Misli Premyer Liqasında XXII tur start götürdü

Bakı. Trend:

Misli Premyer Liqasının XXII turuna start verilib.

Trend xəbər verirki, turun ilk günündə iki qarşılaşma baş tutub.

Günün açılış matçı Şamaxıda keçirilib. Turnir cədvəlinin aşağısıralarından uzaqlaşmağa çalışan “Şamaxı” doğma meydanda“Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablıqələbəsi ilə yekunlaşıb – 1:0.

Bakıda isə günün ikinci oyunu ilk "beşlik"də yer alan komandalararasında baş tutub. “Sabah” və “Turan Tovuz”un dueli meydansahiblərinin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Seçilən
8
az.trend.az

1Mənbələr