AZ

Mask "Azadlıq Radiosu" və "Amerikanın Səsi" radiostansiyalarını bağlamağa çağırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ "Azadlıq Radiosu" və "Amerikanın Səsi" radiostansiyalarını bağlamalıdır, çünki heç kim onları dinləmir, onların fəaliyyəti isə ildə təxminən 1 milyard dollara başa gəlir.
Oxu.Az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun fikrincə, bu radiostansiyaları "öz-özünə danışan dəli" radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ-nin vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.
Xatırladaq ki,"Azadlıq Radiosu" və "Amerikanın Səsi" bir sıra digər KİV kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.
Seçilən
31
4
oxu.az

1Mənbələr