AZ

Tramp: "Mən bu cəhənnəmi bitirmək istəyirəm"

Tramp:

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Danışıqda onlar Ukrayna vəziyyəti və onun həlli üçün mümkün yolları müzakirə ediblər. “Ulusum”.az xəbər verir ki, bu barədə Tramp, "New York Post" qəzetinə müsahibəsində məlumat verib."Yaxşısı, susaram", – Tramp, danışığın nə qədər davam etdiyi barədə suala cavab olaraq bildirib.O, Putinlə danışığının müddəti və detalları barədə məlumat vermək istəmədiyini qeyd edib. Lakin Tramp, Rusiya prezidentinin döyüş meydanında əsgərlərin həyatını itirməsi məsələsindən narahat olduğunu vurğulayıb və bildirib ki, Putin bu məsələni "həqiqətən diqqətlə izləyir" və "insanların ölməsini dayandırmaq istəyir".Tramp həmçinin Rusiya-Ukrayna münaqişəsini dayandırmaq üçün konkret bir planının olduğunu bildirib və bu planın tezliklə həyata keçirilməsi üçün ümidini ifadə edib: "Ukraynada çox dəhşətli bir müharibə var. Mən bu cəhənnəmi bitirmək istəyirəm".Səidə

Diqqət Çəkənlər

Şahzadə Harri deportasiya olunur?

İki ölkə fələstinlilərin Qəzzadan köçürülməsinə qarşıdır

Qüantanamoda miqrant böhranı

Seçilən
8
ulusum.az

1Mənbələr