AZ

Oman İsrailin Səudiyyəyə qarşı bəyanatlarını rədd edib

Bakı, TurkicWorld

Oman İsrailin Səusiyyə Ərəbistanına qarşı bəyanatlarını sərt şəkildə qınayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada deyilir.

Açıqlamada, Omanın Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğu bildirilib və İsrail baş nazirinin Krallığın suverenliyi və ərazi bütövlüyü ilə bağlı son bəyanatlarını qətiyyətlə rədd etdiyi qeyd edilib.

Oman, paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin yaradılmasına qəti dəstəyini bir daha bəyan edib.

Açıqlamada vurğulanıb ki, bu mövqe beynəlxalq qətnamələrə, beynəlxalq hüququn prinsiplərinə uyğundur və regionda davamlı sabitliyi təmin edir.

Seçilən
13
turkic.world

1Mənbələr