AZ

"Neftçi"də zədəlilərin sayı azalıb - FOTO

"Neftçi" Misli Premyer Liqasının XXII turunda “Zirə” ilə matçın hazırlığını başa çatdırıb.

İdman.biz xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Komandanın bərpa dövrünü davam etdirən futbolçuları – Rafael Quzzo, Edvin Kuç və Andrey Ştoqrin fərdi məşğul olublar. Onlar “Kəpəz”lə kubok oyununda olduğu kimi, sabahkı görüşü də buraxacaqlar. Əvəzində, bərpa dövrünü başa vuran Rəhman Hacıyev və Dembo Darbo, həmçinin səhhətində problemi aradan qaldıran Azər Əliyev komanda ilə birlikdə məşq ediblər.

Qeyd edək ki, sabah Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 19.00-da başlanacaq.

İdman.biz

Seçilən
36
3
idman.biz

4Mənbələr