AZ

“Penaltı olmaması ehtimal daha çox idi” – “Qalatasaray” baş məşqçisindən rəqib komandaya dəstək

Bu qərarı gözləmirdik, amma demək ki, gözləyənlər var idi. Tvitlərini dərhal atdılar.

Heftelik.az-ın məlumatına görə, bunu Türkiyə Super Liqasının XXIII turu çərçivəsində yarıda saxlanılan “Qalatasaray” – “Adana Dəmirspor” ilə matçın mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Okan Buruk bildirib.

Okan Buruk bu hadisənin Türkiyə futboluna ziyan vurduğunu söyləyib:

“Heç kimin günahını almaq lazım deyil. “Adana Dəmirspor” oyunçularını təbrik edirəm, çox gözəl mübarizə aparırdılar. Azarkeşləri də ‘Biz heç vaxt təslim olmadıq” pankartı açmışdı. Əgər “Adana Dəmirspor” oyunçuları meydançada oyunu tərk edirlərsə, bunu qiymətləndirmək lazımdır. Məncə, o vəziyyətin penaltı olmaması ehtimal daha çox idi. Bizim xeyrimizə və əleyhimizə çox səhvlər edildi. “Adana Dəmirspor”un əleyhinə də çox səhv qərarlar verildi bu matça qədər. Bunun çox asan verilən bir qərar olduğunu düşünmürəm. Birdən-birə birisi telefon edir və komanda meydançadan çəkilir. Bu, Türk futbolu üçün böyük bir zərərdir. Burada baş verənlərin məsum olduğunu düşünmürəm. Çox üzülürəm. Türk futbolunu pis göstərmək üçün hər zaman bir cəhd var. Bu qərara hörmətlə yanaşıram, amma açıqcası, üzülmüşəm. “Adana Dəmirspor” camiəsi çox böyük bir camiadır.”

 

Seçilən
6
4
heftelik.az

5Mənbələr