AZ

Qəzadan sonra komaya düşən 20 yaşlı gənc dünyasını dəyişdi

Yevlaxda avtomobil qəzasından sonra komaya düşən gəncdünyasını dəyişib.

Hadisə Ərəş kəndi ərazisində baş verib. Rayon sakini Hidayət Bəhrəmovun idarə etdiyi "Mercedes" markalı maşın yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunuvuraraq ağır yaraladıqdan sonra o, koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirimişdi.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölən gənc hərbi xidmətini başa vuraraq evə təzə dönübmüş.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Mənbə: unikal.az

Seçilən
36
unikal.az

1Mənbələr