ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Agentliyinin (DOGE) Pentaqona xərclənən milyardlarla dolları üzə çıxaracağına ümid edir.
APA xəbər verir ki, o, müvafiq açıqlamanı fevralın 9-da “Fox News”a müsahibəsində bildirib.
“Mən hərbi quruma keçəcəyəm. Gəlin ordumuzu yoxlayaq ki, fırıldaqçılıq və sui-istifadə nəticəsində israf edilmiş və itirilmiş milyardlarla, yüzlərlə milyard dollarları tapaq. Xalq məni bunu etmək üçün seçdi", - o bildirib.
O agentliyin işində Maska güvəndiyini vurğulayaraq sözlərinə davam edib: “Mən Maskdan bunu etməsini xahiş etdim. Sonra ondan xahiş edəcəm ki, çox tezliklə, bəlkə də 24 saatdan sonra təhsil sahəsini yoxlamağa başlasın. O, eyni problemləri tapacaq."