AZ

Azərbaycan güləşçiləri Zaqreb reytinq turnirində uğurla çıxış edirlər

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə reytinqturniri davam edir.

Trend xəbər verirki, yarışda Azərbaycan idmançıları da iştirak edirlər.

Azərbaycan Güləş Federasiyası güləşçilərimizin nəticələriniaçıqlayıb.

Qızıl medal:

Elmir Əliyev (55 kq) A qrupunda iranlı Mehdi Əhədiyə (6:3),özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu AleksandrKuevasa (8:0) qalib gəlib. Yarımfinalda amerikalı Bredi Kuntsu 5:0hesabı ilə məğlub edən Elmir, finalda yenidən Əhədini üstələyərək(7:0) qızıl medal qazanıb.

Bürünc medal:

Ruslan Nurullayev (72 kq) təsəlliverici görüşdə finlandiyalıMatias Lipastini 11:0 hesabı ilə məğlub edib. Üçüncülük görüşünəçıxmayan iranlı Mohammadreza Gerayi sayəsində Ruslan bürünc medaləldə edib.
Bürünc medal uğrunda mübarizə aparacaq güləşçilər:

Hüseyn Qəribov (60 kq) üçüncülük üçün iranlı Puya Naserpur iləqarşılaşacaq.
Qurban Qurbanov (82 kq) bürünc medal uğrunda rumıniyalı VasileKoyok ilə güləşəcək.
Murad Əhmədiyev (97 kq) medal üçün iranlı Şayan Habibzare iləmübarizə aparacaq.
Beka Kandelaki (130 kq) bürünc medal üçün rusiyalı Marat Kamparovilə qarşılaşacaq.
Sərxan Məmmədov (130 kq) üçüncülük uğrunda macarıstanlı KoppaniLaslo ilə güləşəcək.

Digər nəticələr:

Eldəniz Əzizli (60 kq) startda özbəkistanlı Mehrac Bəhramovaməğlub olub (0:9).
Nihat Məmmədli (60 kq) israilli Melkamu Feteneyə 11:1 hesabı iləqalib gəlsə də, 1/4 finalda Bəhramova uduzub (6:11).
Arif Niftullayev (97 kq) niderlandlı Tirone Sterkenburqa qalibgəlsə də (3:2), 1/8 finalda iranlı Şayan Habibzareyə məğlub olub(0:8).
Ülvü Qənizadə (72 kq) ilk mərhələdə çexiyalı Denis Mertli məğlubetsə də (4:3), zədəyə görə turniri tərk edib.
Azərbaycan güləşçiləri turnirdə yüksək performans nümayiş etdirərəkuğurlu çıxışlarını davam etdirirlər.

Seçilən
91
32
az.trend.az

10Mənbələr